Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Azərbaycana qayıdanlar arasında koronavirusa yoluxanlar var



Newscenter.az.24.04.2020. "Bu yaxınlarda Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında ciddi yoluxma faktları aşkar etmişik".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Onlar karantin rejimində saxlanılacaq. Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik" - R.Bayramlı bildirib.
Xəbəri paylaş