Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabunçuda son 3 ayda uzunluğu 20 km olan küçə və yol təmir edilib



Newscenter.az.24.04.2020. Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib. Newscenter.az-a Agentlikdən verilən xəbərə görə, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yollara yeni asfalt-beton örtüyü döşənib.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılıb. Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan daha 28 km uzunluğa malik 21 küçədə təmir işlərinin aparılması nəzərdu tutulur. Yaxın müddət ərzində bu istiqamətdə təmir işlərinin başlanılması planlaşdırılır.

Anar
Xəbəri paylaş