Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təsərrüfatda çalışan fermerlər arasında 2 metrlik məsafə saxlanmalıdır



Newscenter.az.24.04.2020
. Kənd təsərrüfatı sahələrində çalışan işçilər arasında azı 2 metrlik məsafə saxlanılmalıdır.

Newscenter.az xəbər verir ki, bu barədə vacib tövsiyəni Qida Təhlükəsizliyi Agentliyi verib. Qeyd edilib ki, çirkli əllərlə ağız, burun və gözlərə toxunulmaq olmaz: “Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. İş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməlidir. Həmçinin tək istifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60°-də yuyucu tozla yuyulmalıdir”.

AQTA-dan bildirilib ki, evə gəldikdə əllər sabunlanaraq azı 20 saniyə axar su altında yuyulmalıdır:

“COVID–19-dan qorunmaq üçün fermerlər bunları bilməlidirlər”.

Orxan
Xəbəri paylaş