Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda 1 862 nəfər koronavirusa yoluxub



Newscenter.az.25.04.2020. Özbəkistanda ötən sutkada daha 26 yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının ümumi sayı 1 862-yə yüksəlib.

Özbəkistanda aprelin 1-dən özünü təcrid rejimi tətbiq edilir.

Karantin müddətini xüsusi komissiya mayın 10-dək uzadıb. Yaşı 65-dən yuxarı olanlara evdən çıxmaq qadağan olunub.
Xəbəri paylaş