Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər-VİDEO



Newscenter.az.25.04.2020. Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 80 ailəyə köməklik göstəriblər.

Newscenter.az-a DGK-dan bildirilib ki, bu dəfə Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Xaçmaz və Qusar rayonları ərazisində yaşayan aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.


Zaur
Xəbəri paylaş