Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var



Newscenter.az.26.04.2020. ABŞ-da təyyarə qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə Elko dairəsinin şerifinə istinadən “Elko Daily” nəşri bildirib.

Qeyd edilir ki, hadisə Qoşut vadisində olub. Xilasedicilər təyyarənin qırıntılarını Yuta ştatının sərhədindən təxminən 40 kilometr məsafədə aşkarlayıblar.

Nəşrin məlumatına görə, qəza zamanı təyyarədə kişi, qadın və uşaq olub. Onların Arizona sakinləri olduqları bildirilir.

İlkin məlumata əsasən, pilot naməlum səbəbdən təyyarəni endirməyə çalışıb, ancaq bu zaman qəza baş verib.
Xəbəri paylaş