Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlandı



Newscenter.az.27.04.2020. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və nümayəndə heyətinin üzvü Erkin Qədirli məlumat verib.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin əsas tərkibinə deputatlar Səməd Seyidov (hakim Yeni Azərbaycan Partiyası), Erkin Qədirli (bitərəf), Kamal Cəfərov (YAP), Nigar Arpadarai (YAP), Qənirə Paşayeva (bitərəf), Ramin Məmmədov (YAP) və Fazil Mustafa (müxalif Böyük Quruluş Partiyası) daxil edilib.
Xəbəri paylaş