Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət davamlıdır və nəzərdə tutulan sosial layihələr təxirə salınmazdı



Azər Badamov: "Pandemiya hər bir sahəyə təsir etdiyi kimi deputatların fəaliyyətində də müəyyən çətinnliklər yaradıb"

Newscenter.az.27.04.2020
. Koronavirus pandemiyasına mübarizə tədbirləri, iqtisadi və sosial sahədə həyata keçirilən islahatlarla yanaşı, Azərbaycanda siyasi sahədə də mütərəqqi, siyasi konfiqurasiyaya yönələn addımlar atılır, tədbirlər görülür. Son bir neçə ay ərzində daxili siyasi aləmdə baş verən proseslər belə deməyə əsas verir. Elə millət vəkili Azər Badamovla söhbətimiz də məhz ölkədə həyata keçirilən siyasi islahatlarla bağlı oldu. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili ölkədə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər və onun müsbət nəticələrindən danışıb.

-Azər müəllim, ölkəmizdə koronavirusa qarşı effektli mübarizə, sosial və iqtusadi sahədə uğurlu islahatlarla yanaşı, bir müsbət tendensiyanı da müşahidə edirik. Belə ki, siyasi sahədə də islahatlar gedir, yeni siyasi mühit yaranır. Müxalif partiyalarla görüşlərin keçirilməsi, iki partiyanın dövlət qeydiyyatına alınması, həmçinin İlqar Məmmədov və Rəsul Cəfərovun bəraət alması, bütün bunlar hakimiyyətin ölkədə siyasi konfiqurasiyanın yaranmasına yönəlik addımları deyilmi?


Ölkəmizdə geniş islahatalar aparılır. Bu islahatlar iqtisadiyyatın və dövlət idarəetmə sisteminin hər bir sferasını əhatə edir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi, yeni seçilən parlamentin rəhbərliyinə bitərəf və müxalifət deputatların gəlməsi də islahatların tərkib hissəsidir. İqtidarın müxalif partiyaların rəhbərləri ilə siyasi dialoqa üstünlük verməsi, iki yeni siyasi partiyanın qeydiyyatdan keçməsi də ölkədə islahatların alternativinin olmadığının göstəricisidir. Cənab prezidentin qeyd etdiyi kimi bizə konstruktiv müxalifət lazımdır. Ola bilər ki, bizim işimizdə də müəyyən nöqsanlar var. Əgər müxalifət konstruktiv münasibət göstərərək bizim nöqsanlarımızı dilə gətirərsə təbii ki, ölkəmiz daha sürətlə inkişaf edər, dövlət müstəqilliyimiz daha da möhkəmlənər. Qeyd etdiyiniz müxalifət liderlərinə bəraət verilməsi və siyasi dialoqun genişlənməsi, ölkəmizdə yeni bir siyasi mühitin yaranmasının göstəricisidir.

-Eyni zamanda vaxtı ilə hakimiyyətə qarşı radikal çıxışları ilə seçilən Əhməd Orucun müalicəsinin şəxsən dövlət başçısı tərəfindən nəzarətə götürülməsi onu deməyə əsas verirmi ki, Cənab Prezident opponentlərindən fərqli olaraq qisasçılıq meyillərindən tamamilə uzaqdır və İlham Əliyev hər bir vətəndaşın prezidentidir?

Çox düzgün qeyd edirsiniz ki, cənab prezident hər bir vətəndaşın prezidentidir. Ehtiyacı olan insanlar üçün onların siyasi baxışlarından asıllı olmayaraq yanında olur, müalicəsini öz üzərinə götürərərək lazımı köməklik göstərir. Bu, İlham Əliyevin radikallardan ən böyük üstünlüyüdür.

-Ancaq maraqlı məqam ondan ibarətdir ki, radikal siyasi düşərgə hakimiyyət tərəfindən uzanan dialoq, əməkdaşlıq əlini geri çevirir. Onların bu davranışını necə dəyərləndirərdiniz?

-Onların bu davranışını çox pis dəyərləndirirəm. Hansı siyasi partiyalar ki, dövlət müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına töhfə vermək istəyir, onlar siyasi dialoqa qoşulublar və öz təkliflərini bildirirlər. Hansılar ki, radikal siyasi düşərgədədirlər, xaricdən idarə olunurlar, 5-ci kolona xidmət edirlər, onlar xalqa və dövlətə düşmənçilik mövqeyindən əl çəkmirlər. Bunlar müəyyən maliyyələr hesabına söyüş və təhqir kampaniyasına qoşularaq öz mədəniyyətsizliklərini nümayiş etdirərək xarici havadarların sifarişlərini icra edirlər. Onlar onsuz da bilirlər ki, nail olacaqları bir şey olmayacaq, necə ki, 28 ildir ki, ancaq öz burnundan uzağı görmürlər və yerində sayırlar. Artıq cəmiyyətin də onlara qarşı münasibəti kəskindir. Hamı bilir ki, kim kimdir. Bu günki iqtidar böyük iqtisadi və sosial layihələri icra edərək olkəmizin inkişafına , əhalinin sosial rifahının yaxşılaşmasına, müstəqilliyimizin əbədi olmasına var gücü ilə çalışır. Radikallar isə bunun əksinə . xalq bunu görür və çox yaxşı dəyərləndirir. Ona görə də xalq iqtidar birliyi günü - gündən mökəmlənir.

-Hazırda bütün dünyanı koronavirus pandemiyası bürüyüb və Azərbaycan da bu bəladan yan keçməyib. Bu mənada Azərbaycan dövləti, hökumətinin koronavirusa qarşı mübarizə tədbirlərini necə dəyərləndirərdiniz?


-Azərbaycan ÜST-nin koronavirusu qlobal pandemiya elanından sonra bu təşkilatla sıx əməkdaşlığa keçən ilk ölkələrdəndir. Ölkəmiz qlobal pandemiyaya qarşı mübarizə tədbirləri üçün ÜST-ə 5 milyon dollar keçirərək bu mübarizədə həmrəyliyini nümayiş etdirdi. Həm də ÜST-in tövsüyyələrini rəhbər tutaraq pandemiyaya qarşı ciddi mübarizə tədbirlərinə başlandı. Qısa bir zamanda müasir laboratoriyalar ölkəmizə gətirildi və hazırda 18 laboratoriyada koronavirus müayinələrini aparılır. 20-dən çox xəstəxana, tibb universitetinin tədris-terapevtik və cərrahiyyə xəstəxanaları, yeni açılışını həyata keçirilmiş Yeni klinika koronavirus xəstələrinin müalicəsinə yönəldildi. Ölkədə Koronavirusla Mübbarizəyə Dəstək Fondu yaradıldı və dövlət büdcəsindən 20 milyon manat ayrıldı, müasir avadanlıqlar və ləvazimatların alınması üçün dövlət büdcəsindən 100 milyon manata qədər vəsait TƏBİB-ə ayrıldı. Xüsusi karantin rejimi tətbiq olundu və insanlara evdə qalmaq məsləhət bilinərək sosial təcrid tədbirləri icra olundu. Dövlət başçısının sərəncamı ilə Nazirlər Kabinetinin yanında Operativ Qərəgah yaradıldı və vəziyyət gündəlik təhlil edilərək çox ciddi qərarlar qəbul olundu. Məhz bunun göstəricisidir ki, Azərbaycanda koronavirusa yoluxmaların sayını minimuma endirə bildik və artıq sağalanların sayı xəstələnənlərin sayını üstələməkdədir və bu dinamika davam edir. Qısa olaraq qeyd etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizə tədbirləri çox yüksək səviyyədə təşkil olundu və ÜST Azərbaycanı bir çox ölkələri üçün nümunə olduğunu qeyd edir.

-Azərbaycan dövləti, şəxsən prezident İlham Əliyev cənabları bu virusun Azərbaycan insanı, vətəndaşına təsirini minimuma endirmək istiqamətində fəaliyyətlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, virusun zərər vurduğu sahələrə kompensasiyanın ödənilməsi istiqamətində də davamlı addımlar atır. Həyata keçirilən sosial tədbirlər cəmiyyətin, vətəndaşlarımızın sosial rifah halına nə dərəcədə müsbət təsir göstərir?

-Prezident İlham Əliyev qeyd etmişdi ki, biz iki amil qarşısında seçim etməliyik. Birincisi iqtisadiyyatın qorunmasıdır, ikincisi isə insanların sağlamlığının qorunması. Təbii ki, Prezident insanların sağlamlığının qorunmasını önə çəkdi və qeyd etdi ki, vətəndaşlarımız sağlam olanda iqtisadiyyatımızı sonra da yenidən dirçəldə bilərik. Bu, cənab prezidentin vətəndaşa olan münasibətin göstəricisi idi. Tətbiq olunmuş karantin rejimi bir çox sahələrdə fəaliyyətlərinə məhdudiyyətlər tətbiq olunmasını vacib etdi. İnsanlar evdə qalmaqlarına məcbur oldular və bu da fəaliyyətlərini dayandıraraq sosial vəziyyətinə öz mənfi təsirini göstərdi. Cənab prezidentin sərəncamıyla Nazirlər Kabinetinin yanında 4 işçi qrup yarandı və tapşırıq verildi ki, qısa bir zamanda pandemiyanın insanların sosial vəziyyətinə mənfi təsirlərinin minimuma endirilməsi üçün dövlət dəstəyi proqramları hazırlansın. İşçi qrupları tərəfindən dövlət dəstəyi göstəriləcək 10 proqram, 4 sektor və 20 istiqamət müəyyənləşdirildi. Ümumiyyətlə, 2,5 milyon insana dövlət dəstəyi göstərilməyə başlandı və bu dəstək tədbirlərinə 3,5 milyard manat dövlət vəsaiti nəzərdə tutuldu. Bu bir daha sübut etdi ki, Azərbaycan sosial dövlətdir və dövlət siyasətinin təməlində vətəndaş dayanır.

-Cənab Prezidentin bu günlərdə bir neçə obyektin açılış mərasimində etdiyi çıxışlarda bir daha vurğulandı ki, nəzərdə tutulan sosial layihələr təxirə salınmayacaq. Eyni ilə dünyanı bürüyən maliyyə böhranı zamanı da dövlət başçısı həmin fikirləri söylədi və əməldə onu təsdiq etdi. Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycanda çox güclü sosial dövlət modeli formalaşıb və bu modelin formalaşması da öz növbəsində düzgün idarəçiliklə bağlıdır?

-Cənab prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət davamlıdır və nəzərdə tutulan sosial layihələr təxirə salınmazdır. Baxmayaraq ki, dünyada iqtisadi böhran dərinləşməkdədir. Neftin qiyməti 3 dəfə aşağı düşüb, gəlirlərimiz azalıb. Amma bu illər ərzində yaratdığımız valyuta ehtiyatları və qeyri-neft sektorunun inkişaf etdirməyimiz pandemiyanın təsirlərini minimuma endirməyə imkan verəcəkdir. Sosial siyasət bizim üçün birinci yerdədir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, amma sosial layihələr davam etdirilir. Bu da insanların rifahının yaxşılaşması deməkdir. Ölkə başçısının düşünülmüş siyasəti ölkəmizin bu böhrandan da az itkilərlə çıxmağımıza imkan verəcək.

-Bəs millət vəkili olaraq Siz seçicilərinizlə pandemiya dövründə necə iş mexanizmi qurmusunuz?


-Pandemiya hər bir sahəyə təsir etdiyi kimi deputatların fəaliyyətində də müəyyən çətinnliklər yaradıb. Amma bu çətinliklərə baxmayaraq xalqın seçdiyi şəxslər olaraq bu çətin zamanda da çalışırıq ki, maksimum dərəcədə insanlarla real olamasa da, virtual təmas yaradaq. Seçicilərlə telefonla, feysbuk və vatsap vasitəsilə əlaqə yaradırıq. Mən hər zaman ictimaiyyət üçün açıq olmuşam və hər bir seçim çox rahat şəkildə mənimlə ünsiyyət yarada bilir.

- Heç şübhəsiz ki, deputat seçildiyiniz dairədən olan imkansız, tənha insanlara dəstəyinizi göstərirsiniz. Bütün bunları hansı formada həyata keçirirsiniz?

-Seçicildiyim dairəmdəki imkansız səxslərə imkanım daxilində dəstək göstəririk. Şəxsən öz əmək haqqımdan seçicilərimə ərzaq və digər formalarda dəstək olmuşam. Həm də iş adamları ilə əlaqə yaradaraq onların köməkliyi ilə də yüzlərlə imkansız ailələrə ərzaq yardımları təşkil etmişik. Fürsətdən istifadə edərək bu yardım prosesində səsimizə səs verərək imkansız ailələrə yardım kampaniyasına qoşularaq həmrəylik nümayiş etdirən bütün iş adamlarına minnətdarlığımı bildirirəm.

-İstər pandemiyanın aradan qaldırılması istiqamətində ölkədə görülən işlər, istərsə də əldə olunan nəticələr onu deməyə əsas verirmi ki, Azərbaycan dövləti bu problemin də öhdəsindən tam gələ biləcək?

-Azərbaycanın dövlət başçısı çox düzgün və vaxtında qərarlar qəbul etmək bacarığına malikdir. Məhz vaxtında hərəkətə keçməyimizin göstəricisidir ki, ölkəmizdə pandemiya nəzarətdən çıxmadı. Vaxtında tikilmiş müasir xəstəxanalar, 15 mindən çox vətəndaşımızın xaricdən təxliyyə edilərək 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilməsi, ciddi karantin tədbirləri koronavirusla mübarizəmizi effektiv edib. Qeyd etdiyim kimi sağalanların sayının yoluxanların sayından üstün olması ölkədə həyata keçirilən mübarizə tədbirlərinin qələbəsidir. Bu problemin öhdəsindən tam gəlməyimiz isə vətəndaşlarımızdan asıllıdır. Dövlət bütün resusrslarını səfərbər edib. Vətəndaşlarımız da şəxsi gigiyenasına və sosial təmmasa əməl edərlərsə bu problemlə tez bir zamanda vidalaşa bilərik. Əgər karantin tədbirlərinə əməl etməsək təbii ki, bu proses uzun çəkəcəkdir.
Xəbəri paylaş