Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Coca-Cola Fondu və ASAN Könüllüləri birgə sosial yardım layihəsinə başlayır



Newscenter.az.27.04.2020
. Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN Könüllüləri təşkilatı və Coca-Cola şirkəti ölkədə koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizəyə dəstəyini davam etdirmək üçün yeni sosial layihəyə başlayır.

Newscenter.az bildirir ki, Coca-Cola Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində ASAN Könüllüləri karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək və 3500 aztəminatlı ailəni ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin edəcək. Bundan başqa layihədə COVİD-19 infeksiyasının yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.

Coca-Cola şirkətinin Qafqaz Regionu Direktoru Adrian Çernautan ASAN Könüllüləri ilə əməkdaşlığın ölkədə pandemiya ilə mübarizəyə töfhə verəcəyinə inandığını bildirib.

Yeni layihə haqqında məlumat verən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Coca-Cola Fonduna dəstək üçün təşəkkürünü bildirib və könüllülərin epidemiya qarşı mübarizədə fəallığını vurğulayıb: "ASAN Könüllüləri artıq neçə illərdir ki, çoxsaylı layihələr həyata keçirərək cəmiyyət üçün, xalqımız üçün faydalı olmaq naminə səylərini əsirgəmir. Hazırda ölkəmizin üzləşdiyi epidemiya ilə mübarizəyə də könüllülərimiz öz töfhəsini verməkdədir. Təbii ki, belə layihələr və təşəbbüslər tərəfdaşlarsız mümkün olmur. Coca-Cola Fondunun dəstəyi ilə bir neçə layihəyə imza atmışıq. Çox sevindirici haldır ki, bu çətin günlərdə də Coca-Cola Fondu və ASAN Könüllüləri bir araya gələrək həkimlərə və aztəminatlı ailələrə kömək əlini uzatmaq üçün belə bir məkdaşlığa bəşlayırlar".

ASAN Könülllər təşkilatından verilən məlumatda qeyd olunur ki, bu layihə COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün Coca-Cola ilə əməkdaşlığın davamıdır. Aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkədə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsullarının çatdırılmasını təşkil etmişdir.

Sevinc
Xəbəri paylaş