Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehdiabadda polis əməliyyat keçirib, saxlanılanlar var



Newscenter.az.27.04.2020. Mehdiabadda narkotik satan və istifadəçisi tutulublar.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, saxlanılan şəxsdən küllü miqdarda heroin aşkar edilib.

Polis bölməsinə daxil olan məlumat əsasında, əvvəlcə narkotik maddə istifadəçisi Ariz Kərimov saxlanılıb. Onunla fərdi söhbətlər zamanı məlum olub ki, istifadə etdiyi narkotik maddə olan heroini Digah qəsəbə sakini Rauf Cəfərovdan alıb.

Daha sonra məlumat əsasında R.Cəfərov tutulub və onun yaşadığı evə baxış keçirilib. Oradan ümumi çəkisi 1,121 qram heroin aşkar edilib.

Saxlanılan şəxs tutduğu cinayət əməlini etiraf edib. Maddi sübütlar öz təsdiqin tapıb və R.Cəfərov Mehdiabad Polis Bölməsinə gətirilərək istintaqa cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb araşdırmalar davam etdirlir.
Xəbəri paylaş