Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis 8-ci km. bazarında karantin qaydalarını pozanları cərimələyib - VİDEO



Newscenter.az.27.04.2020. Polis Bakının Nizami rayonu ərazisində növbəti reyd keçirib.

Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov “Report”a açıqlamasında bildirib ki, bu gün keçirilən reydin əsas məqsədi Bakı şəhərində tətbiq olunan karantin rejiminə əməl olunmasını təmin etməkdir.

"Rəhbərlik tərəfindən verilən göstərişilərə uyğun olaraq karantin rejimini pozan şəxslərə qarşı mübarizə tədbirləri gücləndirilib. Hazırda reyd keçirilən 8-ci km. bazarı vətəndaşların giriş-çıxışında sıxlıq yaşanan yer olduğu üçün qaydalara riayət olunması üçün tərəfimizdən reydlər təşkil olunur. Qaydalara əməl etməyən vətəndaşlara sahə inspektiorları tərəfindən protokollar tərtib olunur, onlar cərimələnir”, - o bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən bütün rayonlar üzrə insanların sıxlıq təşkil etdiyi yerlərdə də mütəmadi olaraq reydlər aparılır.
Xəbəri paylaş