Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr tibbi maskalar hazırlayaraq əhali arasında paylayıb



Newscenter.az.27.04.2020. Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayıldığı dövrdə infeksiyanın qarşısı alınması məqsədilə genişmiqyaslı mübarizə tədbirləri davam edir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi və Abşeron rayon Mədəniyyət Mərkəzi əhalinin qoruyucu tibbi maskalara olan ehtiyaclarını nəzərə alaraq, tibbi maskalar hazirlayıb və ehtiyacı olan şəxslərə paylayıb.

Newscenter.az-a idarənin mətbuat xidmətindən bildirilib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Biçmə-Tikmə kursu tərəfindən çoxlu sayda tibbi maskalar tikilərək, Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən ehtiyacı olan şəxslərə paylanıb.

Həmçinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Abşeron rayon Mədəniyyət Mərkəzinin və onun filiallarında fəaliyyət göstərən Biçmə-Tikmə (Dərzi) kurslarının rəhbərlərinin virusdan qorunmaq üçün tikdikləri 250 ədəddən çox tibbi maskalar mərkəzin rəhbərliyi tərəfindən ehtiyacı olan ailələrə paylanılıb.
Xəbəri paylaş