Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tankəleyhinə bölmələr döyüş atışlı məşqlər keçirir-VIDEO



Newscenter.az.27.04.2020. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda tankəleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirirlər.

Tankəleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edir.
Xəbəri paylaş