Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın mənafeyini təşviq etmək üçün var gücümlə çalışacam



Newscenter.az.28.04.2020. "Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın Avropa ilə əsas dialoqunun aparıldığı müstəvi kimi, önəmli bir qurumdur. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibinə Milli Məclis tərəfindən daxil olunmağım mənim üçün böyük məsuliyyətdir".

Newscenter.az bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Nigar Arpadarai səsləndirib. O, qeyd edib ki, bu işdə ölkəmizin maraqlarını qorumaq, bütün tərəfdaşlıq istiqamətləri üzrə Azərbaycanın mənafeyini təşviq etmək üçün var gücümlə çalışacam.

"Bu məqamda bir xatirəmlə bölüşmək istəyirəm.. İllər öncə dostlarımızla birgə Avropada təhsil alan həmvətənlərimizi bir araya gətirmək üçün FASE-ni yaratdıq - Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumu (Forum of Azerbaijani Students in Europe) qısa müddət ərzində Avropa, Amerika və Azərbaycanın gənc fəallarını bir araya gətirdi. Biz, FASE olaraq, Brüssel, London, Berlin, Paris və s. Avropa şəhərlərinin Parlamentlərində forumlar keçirirdik, gənclərimiz üçün maraqlı olan mövzuları müzakirə edirdik, Avropalı tərəfdaşlarla əlaqələri təşviq edirdik. Düşünürəm ki, o zamanın fəalları FASE-ni yaxşı xatırlayır. 2007-ci ildə Cənab Prezident FASE-yə dəstək haqda xüsusi fərman da imzalamışdır. O zamanlar gənc fəal olaraq Avropada ölkəmizin maraqlarını qorumaq imkanının olması mənə çox qürur verirdi. İndi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olaraq vətənimi ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

Anar
Xəbəri paylaş