Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU rəhbərliyinin iştirakı ilə online konfrans keçirilib



Newscenter.az.29.04.2020. Bu gün Azərbaycan Tibb Universiteti (ATU) rəhbərliyinin iştirakı ilə online konfrans keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, konfransda ölkədə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq universitetdə, online dərslərin hazırkı vəziyyəti və tələbələrin qiymətləndirilməsi prosesinin təşkilinə dair müzakirələr aparılıb.

Rektor Gəray Gəraybəyli konfransda online dərslərin nə zaman bitəcəyi, son buraxılış kursunda semestr imtahanları, dövlət attestasiyasının keçrilmə qaydaları ilə yanaşı digər kursların tələbələrinin də qiymətləndirilməsinin online olaraq aparılması, imtahana düşəcək test suallarının sayının azaldılması, təhsil haqqı ödəmələri və s. məslələlərə dair fikirlər səsləndirib. Rektor universitet rəhbərliyinin tələbələr üçün əlindən gələn köməkliyi edəcəyini qeyd edib və buraxılış kurslarından başqa digər kursların tələbələrinin yaz semestri üçün təhsil haqqının ödəmə müddətinin 15 sentyabra qədər uzadılmasını təklif edib.

Qeyd edək ki, telekonfransda bir çox məsələlərə toxunulub, fikir mübadiləsi aparılıb. Təkliflərin ATU-nun böyük elmi şurasının qərarından sonra təsdiqlənəcəyi nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş