Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı futbolçular karantin rejimini pozdu - VİDEO



Newscenter.az.29.04.2020. Azərbaycanlı futbolçular karantin qaydalarını pozaraq, gecəyarısı açıq havada məşq ediblər.

"Report"un məlumatına görə, bunlar "Səbail"in kapitanı Eltun Yaqublu və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur.

Yaqublu bu barədə "Intagram" hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib. Video, böyük ehtimalla, Dənizkənarı Bulvarda çəkilib. Yaqublu görüntünün üzərinə "Stay at home" ("Evdə qal") yazmağı da lazım bilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah evdən çölə icazəsiz çıxmağı və bütün parklara girişi qadağan edib.

Qeyd edək ki, Eltun Yaqublu 2017-ci ildən "Səbail"də çıxış edir. Ağabala Ramazanov isə bu ilin əvvəlində məhz "Səbail"dən "Zirə"yə keçib.
Xəbəri paylaş