Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri onlayn təqdimat keçirib



Newscenter.az.29.04.2020. Aprel ayının 29-u tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin Azərbaycan Diaspora Gəncləri üçün BMqT-nin Azərbaycanda layihə fəaliyyətləri və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq mövzusunda onlayn təqdimat keçirib.

Newscenter.az-a təşkilatın Bakı ofisindən bildirilib ki, çıxışında cənab Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq və regional miqrasiya prosesləri, pandemiya şəraitində ölkə daxili məsələlərdə Azərbaycan nümayəndəliyinin rolu, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verib.

Vladimir Qyorqiyev həmçinin, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin 1996-cı ildən etibarən ölkəmizdə həyata keçirdiyi yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, insan alverinə qarşı mübarizə, kəhrizlərin bərpasını nəzərdə tutan və s. layihələr haqda danışıb.

İnteraktiv sual-cavab şəklində keçirilən onlayn təqdimat zamanı Missiya rəhbəri investisiya, bilik və yeniliklərə çıxışı olan Azərbaycan diasporunun üzvlərinin insan kapitalı kimi ölkənin sosial və iqtisadi inkişafına töhvə verə biləcək potensiala malik olduqlarını xüsusi vurğulayıb.

Orxan
Xəbəri paylaş