Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Məmmədov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı əsas prioritetlərindən danışdı



Newscenter.az.29.04.2020. “Milli Məclisdə fəaliyyət istiqamətlərimizdən biri də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycanı nümayəndə heyətinin rəhbər müavini kimi təmsil etmək olacaq”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Ceyhun Məmmədov deyib ki, nümayəndə heyətimizə Milli Məclisin sədr müavini Fəzail İbrahimli rəhbərlik edəcək: “Milli Məclisin rəhbərliyinə göstərilən yüksək etimada görə təşəkkürümü bildirir, nümayəndə heyətinin tərkibində yer alan bütün deputat həmkarlarımı təbrik edirəm”.

Millət vəkili deyib ki, fəaliyyəti zamanı Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışında müəyyənləşdirdiyi istiqamətlərə uyğun quraraq ölkəmizin bu qurumda yüksək səviyyədə təmsil olunması, Qarabağ həqiqtələrinin təbliği, erməni yalanlarının ifşası, müsəlman ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, bu quruma üzv ölkələrin təcavüzkar Ermənistanla əməkdaşlıq etməməsi üçün bütün gücüylə çalışacaq.

Anar
Xəbəri paylaş