Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BANM-in əcnəbi tələbələri “Sarı Gəlin” ifası ilə qalib oldu



Newscenter.az.30.04.2020. Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının II kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika “Tələbə Baharı” XIII Ümumrespublika tələbə yaradıcılıq festivalında “Xalq mahnısı” nominasiyası üzrə üçüncü yerə layiq görülüblər.

Ali Məktəbdən Newscenter.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirdiyi festivalda tələbələr əfsanəvi xalq mahnımız “Sarı Gəlin”i səsləndiriblər.

Əcnəbi tələbələrin Azərbaycan xalq mahnısını məharətlə ifa etməsi münsiflər heyəti tərəfindən bəyənilib.

Əsas məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək və istedadlı gəncləri üzə çıxarmaq olan festivalın seçim mərhələsi bu il onlayn qaydada həyata keçirilib.

Festivalda qazandıqları uğura görə qaliblərin diplom və mükafatla təltif edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, festival musiqi və rəqs nominasiyaları üzrə təşkil edilib.

R.Mehdiyeva
Xəbəri paylaş