Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili 200-dən çox ailəyə köməklik göstərib



Newscenter.az.30.04.2020. "Pandemiyanın davam etdiyi vaxt ərzində seçicimin qayğısına qalıb, onları narahat edən məsələləri həll etmək üçün var gücümlə çalışıram".

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı millət vəkili Könül Nurullayeva verib. Könül Nurullayeva qeyd edib ki, aprelin 29-da seçiciləri ilə növbəti onlayn qəbul keçirib:

"Əvvəlcədən elan etdiyim onlayn görüşün nəticəsi olaraq, Nizami rayon sakinlərindən 57 nəfərin müraciətini cavablandıraraq həlli istiqamətində tədbirlər gördüm. Eyni zamanda ötən həftə ərzində işçi qrupa daxil olan müraciətlərə əsasən tənha yaşayan ahıl vətəndaşlarımıza, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələrə, karantin dövründə həqiqi ehtiyacı olan 200-dən çox ailəyə köməklik göstərərək onların zəruri ehtiyaclarını qarşıladıq".

Millət vəkili bildirib ki. növbəti onlayn qəbul mayın 6-da baş tutacaq.

Anar
Xəbəri paylaş