Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Konül Nurullayevadan yeni sosial layihə



Newscenter.az.30.04.2020. Millət vəkili Könül Nurullayeva Nizami rayon seçiciləri üçün yeni bir sosial layihəyə starat verib.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook səhifəsində məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının davam etdiyi bu günlərdə “Modern Hospital” Klinikası ilə birgə yeni layihəyə start verilir:

"Layihənin məqsədi dövlətimiz tərəfindən koronavirusla mübarizə ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərə dəstək olmaq, rayon ərazisində qayğıya ehtiyacı olan aztəminatlı ailələrimizin ambulator-dinamik şəraitdə müayinə olunması və eyni zamanda ehtiyac yarandığı hallarda ev şəraitində müalicəsinə köməklik göstərməkdir".

Millət vəkili deyib ki, layihə çərçivəsində EKQ, Kardioloji, UZİ , (qaraciyər, böyrək, uroloji), göz, endokrionoloji, qastroentoloji müayinələrin həyata keçirilməsi nəzərdə tutulur.

Müayinələrə ehtiyacı olan ailələr aşağıda qeyd olunan telefonlar vasitəsi ilə müraciət edə bilərlər.
012 422 22 41
055 276 23 75

Mehman
Xəbəri paylaş