Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib



Newscenter.az.1.05.2020. "Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: "Bu şəhərlər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib".

R.Bayramlı vurğulayıb ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq: "Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir".
Xəbəri paylaş