Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metro açılır?

[center]

Newscenter.az.1.05.2020. Sosial şəbəkələrdə və bəzi saytlarda Bakı metrosunun mayın 11-də işini bərpa edəcəyilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı "Bakı metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlama verib. O bildirib ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:


"Bizə bu barədə hər hansı göstəriş verilməyib. Nə qərar olacaqsa, Operativ Qərargah açıqlayacaq. Biz də o qərara uyğun olaraq, addım atacağıq".

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə "Bakı Metropoliteni" martın 31-i saat 22:00-dan etibarən işini dayandırıb.
Xəbəri paylaş