Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah 23 dərəcə isti olacaq



Newscenter.az.2.05.2020. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.
Xəbəri paylaş