Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda müddətli müqavilə ilə işləyən müəllimlərlə onlayn müsahibələrə start verilib



Newscenter.az.4.05.2020. Bu gündən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə onlayn müsahibələrə start verilib.

Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.

R.Mehdiyeva
Xəbəri paylaş