Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 6-ya çatdı-VIDEO



Newscenter.az.4.05.2020. Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatdı.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.
Xəbəri paylaş