Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nardaranda əməliyyat keçirildi, silah-sursat götürüldü



Newscenter.az.6.05.2020. Bakı sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Xəbəri paylaş