Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda



Newscenter.az.6.05.2020. Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

Məqsəd peşə təhsili pilləsi üzrə nəzərdə tutulan dərs vəsaitlərindən istifadə imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, sözügedən dərsliklər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet saytında (vet.edu.gov.az) və e-derslik.edu.az portalında yer almaqdadır.

R.Mehdiyeva
Xəbəri paylaş