Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA: Sərnişinlərin sayı gündəlik 1 milyonu keçib



Newscenter.az.7.05.2020. “Artıq bir neçə gündür ki, ekspress xətlər üzrə 18 metrlik avtobuslar sərnişindaşımaya cəlb edilir. Əgər aprelin 27-dən sonra sərnişin sayı 750-800 min arasında dəyişirdisə, mayın 4-dən sonra bu göstərici 1 milyonu keçib”.

“Report” xəbər verir ki, bu sözləri “Real” TV-nin canlı yayımında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Son bir neçə gündür ki, biz 1 milyondan çox sərnişindaşıma həyata keçiririk”, - deyə M.Ağayev əlavə edib.
Xəbəri paylaş