Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusar polisi sakinlərə tibbi maska payladı



Newscenter.az.8.05.2020. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır, rejim qaydaları barədə məlumatlar verilir.

Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sosial məsafənin qorunmasının zəruriliyi barədə məlumatlar verilir, onlara tibbi maska paylanılır.

Mehman
Xəbəri paylaş