Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərimiz veteranların taleyi ilə yaxından tanış edilir-VİDEO



Newscenter.az.9.05.2020. “Yaşayan tarix” adlı layihə 2011-ci ildən etibarən Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən birgə həyata keçirilir.

Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirlib ki, bu müddət ərzundə Respublika üzrə Böyük Vətən Müharibəsinin 435 nəfər veteranından müsahibə alınaraq, onlar haqqında qısametrajlı videoçarxlar çəkilib. 2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan Tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılmış və onların iştirakı ilə geniş təqdimat mərasimləri keçirilmişdir. Müsahibələr tələbələr tərəfindən alınıb, çəkiliş isə peşəkar yaradıcı heyət tərəfindən həyata keçirilib.

Layihənin əsas məqsədi gənclərimizi Böyük Vətən Müharibəsinin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, gənclərdə vətənpərvərlik ruhunu artırmaq, Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusi ilə, Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.

9 may 2020-ci il tarixdə sosial şəbəkələr üzərindən “Yaşayan tarix” adlı layihəyə start verilərək veteranlarımızın müsahibələri təqdim edilir.

Anar
Xəbəri paylaş