Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Kuboku Bakıda keçirilə bilər



Newscenter.az.11.05.2020. Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib.

"Report"un məlumatına görə, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.

Qərara alınıb ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda veriləcək və yarışın dəqiq tarixləri açıqlanacaq.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərində və Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.
Xəbəri paylaş