Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəraqrartikinti" ASC-yə yeni mətbuat katibi təyin olundu



Newscenter.az.13.05.2020. "Azəraqrartikinti"ASC-yə yeni mətbuat katibi təyin olunub.

Newscenter.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Teymur Mahmudov təyinat alıb. Teymur Mahmudov facebook profilində bu barədə məlumat paylaşıb:

"Bu gündən etibarən "Azəraqrartikinti"ASC-nin mətbuat katibi vəzifəsinə təyin olundum. Bu məsul vəzifəyə təyin olunmağıma etimad göstərdikləri üçün "Azəraqrartikinti" Açıq tipli Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda böyük məsuliyyət tələb edən vəzifələr dayanır ..Çalışmaq, çalışmaq və yenə də çalışmaq".

Qeyd edək ki, Teymur Mahmudov uzun illər ölkədə işıq üzü görən bir sıra nüfuzlu KİV-lərdə, eləcə də ANS televiziyasında çalışıb.

Anar
Xəbəri paylaş