Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mobil telefonları avtomobildə gizlədərək keçirmək istəyən şəxs saxlanıldı



Newscenter.az.14.05.2020. Dövlət Gömrük Komitəsi (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Newscenter.az DGK-ya istinadən xəbər verir.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan əl çantasından gömrük orqanlarına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A51 64GB", 1 ədəd "İphone 11 Black 128 GB", 1 ədəd "İphone 11 Purple 128GB" markalı mobil telefonlar və digər gizli saxlanc yerlərindən 10 ədəd 0,7 litrlik "Vodka Çarskaya Zolotaya" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş