Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika nazirinin müavini dəyişib



Newscenter.az.21.05.2020. Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə məlumatı Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva təsdiqləyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Kamal Abbasov uzun müddət Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işləyib. 2009-13-cü illərdə Qaz İxrac İdarəsinin rəisi, 2013-cü ildən isə İdarənin marketinq üzrə rəis müavini vəzifələrində çalışıb.
Xəbəri paylaş