Impera

XƏBƏR LENTİ
10:55AQTA əməkdaşları Şəki-Zaqatala bölgəsində fitosanitar müşahidələr aparıb10:43Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur10:25Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar10:00Sədaqət Vəliyeva: " Hər bir məsuliyyətsiz davranma öz həyatını, ətrafını risk altına atmaq deməkdir"09:30Düşmən atəşkəsə əməl etmir09:00Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü00:21Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı23:11İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"22:45Millət vəkili Anar Məmmədov uşaqları belə təbrik etdi-FOTOLAR22:25Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"21:44Tramp yeraltı sığınacağa qaçdı21:36Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü21:30Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib - YENİLƏNİB21:03XƏBƏRDARLIQ-Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq20:44Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil20:15Mətanət Musayeva: "Dünyanın ən məsum varlıqlarını - Gələcəyimizi təbrik etmək istədim..."20:04“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi “Kitab Sovqatı” aksiyası keçirib19:39Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı19:08Azərbaycanda 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib19:00AQTA Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlayıb18:47Azərbaycanda koronavirusdan ölüm sayında rekord göstərici18:40Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxub18:17KOBİA bərbərxana və gözəllik salonları ilə onlayn görüş keçirib17:34Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olunub17:15Azərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildi16:45Gömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıb - VİDEO16:30"Məktəb psixoloqundan tövsiyələr": XXV videoçarx16:14Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb-VİDEO16:00AQTA qida məhsulları idxal edən sahibkarlara müraciət etdi15:45Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”15:31Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək15:22Təhsil naziri uşaqları təbrik etdi15:06Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI14:48Hərbi Hava Qüvvələrinin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib-VİDEO14:30Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq.14:17Buraxılış və qəbul imtahanlarında iştirak edəcək şəxslərdən “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə tələb olunacaq14:00Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub13:38Millət vəkili Könül Nurullayevadan qayğıya ehtiyacı olan uşaqlara dəstək-FOTOLAR13:20Sabah 37 dərəcə isti olacaq13:14DMX ölkədə olma müddəti bitən əcnəbilərə müraciət etdi13:03Koronavirusla bağlı məlumatları WhatsApp vasitəsilə öyrənmək olacaq12:53KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir12:43Azərbaycan Prezidenti ilə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirilib12:21Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək12:11Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edilib11:45Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ11:27Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi11:13İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək11:01Ermənistanda koronavirusa yoluxanların sayı 9 402 nəfərə çatıb, 139 nəfər ölüb10:45Keçən ay ARDNF tərəfindən 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb10:36Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib10:27Uşaqlar günü Metropolitendə qeyd olunur10:17Azərbaycanda 2 hektar sahədə narkotik bitki aşkarlandı10:14Nikol Paşinyan koronavirusa yoluxub10:00İş yerində narkotik becərən şəxs saxlanıldı09:48Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür09:35İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - QRAFİK09:30Ermənilər atəşkəsi 23 dəfə pozub09:15“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb08:00Bərdədə ana və qızı tüfənglə qətlə yetirildi - FOTO22:17Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu21:44Koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, yolverilməzdir21:21Azərbaycanda 300 minə yaxın şəxs koronavirus testindən keçirilib21:09Sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edənlər məsuliyyətə cəlb edilməlidir20:49Deputatların KİV və sosial şəbəkələrdə fəallığı barədə hesabat hazırlanacaq20:31Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib19:42Düşmənlə səngərdə olan əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirlər19:17Şamaxı rayon ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər18:26Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı18:01Bahar Muradovanın iştirakı ilə onlayn konfrans keçiriləcək17:30Koronavirusa yoluxanların sayı 5500-ə çatır17:16Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb17:03Bu yolda hərəkət qısamüddətlik məhdudlaşdırılır16:54Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı16:43İnternet resurslarının hüquqi tənzimlənməsi problemi16:2882 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib16:18Milli Məclis tibbi maskaya görə cərimələrlə bağlı qərar qəbul etdi15:58Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır15:34Zahid Oruc: "“Parlament müxalifəti” haqqında qanun qəbul olunsun"15:16DADP sədri: "Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır"14:34Müdafiə Nazirliyi deputatı yalan danışmaqda ittiham etdi14:15Nazirlik: " İdman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir"13:55Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO13:46Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub13:32Millət vəkili: "İnsanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər"13:15Şəkinin küçələrində peyda olan ayının aqibəti necə oldu?-VİDEO12:45Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi12:22Milli Məclisin Sədri: “Deputatlar telefondan başını qaldırmır”12:13Uşaqların Mehriban dünyası11:47Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxıb11:37Ayı Altıağac Milli Parkına aparılacaq10:30Qəbələdə uşaq və heyvan sürüsü bataqlıqda qalıb10:12ABŞ-da iğtişaşlar zamanı 1 400-ə yaxın insan saxlanılıb09:47Bu gün parlamentin yaz sessiyasının sonuncu iclası keçiriləcək09:33Atəşkəs rejimi 25 dəfə pozulub09:16Şəkinin mərkəzində ayı peyda oldu-VİDEO09:00Millət vəkili may ayında sonuncu onlayn qəbulunu keçirdi-FOTOLAR00:12Açıq havada idman yarışlarına icazə verildi23:11Azərbaycan-İran sərhədində yanğın olub22:30Millət vəkili Xorvatiya xalqını Dövlətçilik Günü münasibəti ilə təbrik edib
BÜTÜN XƏBƏRLƏR
Haziran 2020 (60)
Mayıs 2020 (949)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)

«    May 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanın könüllülər hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur

22 May 2020, 12:45   


Newscenter.az.22.05.2020. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatını inkişafının zirvə nöqtəsinə çatdırdı. Bunu, son iki ayda – koronavirus pandemiyası dövründə könüllülərimizin peşəkar və çevik fəaliyyətini müşahidə etdikdə tam əminliklə söyləmək olar. Burada eyni zamanda, ölkənin aparıcı gənclər və könüllülər təşkilatlarının həmrəyliyi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təsis edilməsini, habelə mərkəzləşdirilmiş səmərəli fəaliyyətin artmasını qeyd etmək olar.

Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycanın könüllülük kökləri xalqımızın milli mənəvi dəyərlərinin yeni nəsillərə çatdırılmasına və milli birliyimizin möhkəmlənməsinə əsaslanır.

Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihə həyata keçirilmişdir. Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaratmışdır. Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” qanun olmuşdur. Bu Qanunun yaratdığı hüquqi çərçivə sayəsində “ASAN Könüllüləri” kimi institutlaşdırılmış könüllülük modeli yaradıldı. Həmçinin, ölkəmizin ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb edilməsi və Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın zəngin və təcrübəli könüllü bazasının formalaşmasına xidmət etdi.

Son illər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyinin uğurlu fəaliyyəti nəticəsində könüllülər hərəkatının coğrafi əhatəsi genişləndi və region gənclərinin də könüllülük imkanları artırıldı. Xüsusilə koronavirus pandemiyası zamanı Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin ahıl yaşında, ehtiyacı olan insanlara könüllü xidmət göstərmələri könüllülük fəaliyyətinin mexanizmlərini genişləndirdi.

Bütün bunları nəzərə alaraq, bu gün Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir. Bu, təcrübəli könüllülərimiz üçün yeni beynəlxalq imkanlar açmaqdan əlavə, bizim bu sahədə təşkilati təcrübəmizin digər ölkələrə ötürülməsinə də şərait yaradacaqdır. Yuxarıda qeyd etdiyim “Könüllü fəaliyyət haqqında” Qanunda bunun üçün hüquqi əsaslar yaradılıb. Belə ki, bu Qanunun 10-cu maddəsi Azərbaycan Respublikasının vətəndaşlarına xarici dövlətlərin ərazisində könüllü fəaliyyət göstərməyə icazə verir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi 2017-ci ilin may ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT Könüllüləri Proqramı arasında gənclər üçün yeni könüllülük imkanlarının yaradılması barədə niyyət məktubu imzalanmasını zəruri etmişdir. BMT Könüllüləri Proqramı könüllülük imkanlarının qlobal səviyyədə əlaqələndirən ən əsas beynəlxalq qurumdur.

Bunları nəzərə alaraq, habelə “Könüllülər ili”nin yekunu münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün könüllü qruplarının iştirakı, BMT Könüllülər Proqramının egidası altında və dövlətimizin dəstəyi ilə “Könüllülər ili forumu”nun keçirilməsi, dünyada qeyd olunan 5 Dekabr – Beynəlxalq Könüllülər Günündə könüllülərimizin fəaliyyətinə beynəlxalq qiymətin verilməsinə nümunə ola bilər.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
OXŞAR MÖVZULAR