Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvanda mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var



Newscenter.az.30.05.2020
. Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında şəhərin giriş qapısı yaxınlığında qeydə alınıb.

Belə ki, “10-MZ-256 dövlət qeydiyat nişanlı “Mercedes” markalı mikroavtobus “VAZ-2106”markalı avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul şəhər sakini,1998-ci il təvəllüdlü İsmayılov Fərid Asəf oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmçinin iki nəfər-1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu və 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş