Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO



Newscenter.az.31.05.2020. Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ayıya 4 keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub.

“Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

"Bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk", - o, əlavə edib.
Xəbəri paylaş