Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkinin küçələrində peyda olan ayının aqibəti necə oldu?-VİDEO



Newscenter.az.31.05.2020
. Bu gün səhər saatlarından Şəkinin mərkəzi küçəsində peyda olan qonur ayı taqətdən düşərək elə küçənin birində yuxuya gedib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib. O, bildirib ki, insanların təhlükəsizliyini qorumaq üçün bütün tədbirlər görülür:

" Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar".

Nazirlik rəsmisi qeyd edib ki, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir:

"Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin".

Mehman
Xəbəri paylaş