Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkinin mərkəzində ayı peyda oldu-VİDEO



Newscenter.az.31.05.2020. Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Bu barədə "Report"a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".

Şəkidə vəhşi ayı meşədən şəhərə gəlib. 2 gündür polis zərərsizləşdirə bilmir. İndi bilərsiz Ziya Məmmədovun oğlunun qədrini. Anar burda olsa basıb yemişdi ????

Gepostet von Rena Ferejova am Samstag, 30. Mai 2020
Xəbəri paylaş