Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
Tarix: 1-06-2020, 11:27
Newscenter.az.1.06.2020. “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gecikməsin. Belə olsa binanın həyətində sosial məsafə prinsipi pozula bilər”.
DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.