Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa yoluxanların sayı 6 minə çatır



Newscenter.az.2.06.2020. Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 5 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat etmiş, 2 300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Xəbəri paylaş