Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı



Newscenter.az.2.06.2020. Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Hadisə iyunun 1-i saat 22:30 paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 1 ünvanında yerləşən "İradə" kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində "İradə" kafesinin xüsusi karantin qaydalarını pozaraq, yəni saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə çay evində ümumilikdə 5 nəfər müəyyən edilib, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib olunub. Kafenin sahibi 200 manat, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.
Xəbəri paylaş