Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-da yeni təyinat



Newscenter.az.3.06.2020. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə MEK-in direktor müavini vəzifəsinə Xuraman İsmayılova təyin edilib.

Məlumat üçün bildirək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, X.İsmayılova bundan əvvəl MEK-də bölmə rəhbəri vəzifəsində çalışırdı.
Xəbəri paylaş