Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirus qurbanlarının sayı 383 minə çatır



Newscenter.az.4.06.2020. Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 380 mindən çox insan ölüb.

Son məlumatlara görə, son sutkada COVID-19 129 281 yoluxma qeydə alınıb, 4 842 pasiyent ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 416 828 təşkil edir. Pandemiya ərzində ümumilikdə 382 867 insan COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 022 824 nəfər koronavirus daşıyıcısıdır.
Xəbəri paylaş