Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili seçiciləri ilə görüşüb-FOTOLAR



Newscenter.az.4.06.2020. Millət vəkili Könül Nurullayeva seçiciləri ilə növbəti görüşünü keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, karantin rejiminin qaydalarına və sanitar-gigiyenik normalara əməl olunaraq əvvəlcədən elan etdiyi canlı görüş və eyni zamanda onlayn qəbulun nəticəsi olaraq, 24 nəfərin müraciətini dinləyib və müvafiq tədbirlər görülməsi üçün icraata götürüb.

Qəbulda Nizami Rayin İcra Hakimiyyəti Başçısının müavini Gülnaz İsrafilova da iştirak edib.

"Vətəndaşları narahat edən problemləri vaxtında müvafiq orqanlara çatdırmaq, onların həlli istiqamətində çalışmaq bizim əsas vəzifələrimizdən biridir. Sizlərə daim dəstək olacam və müraciətlərinizi dinləməyə hər zaman hazıram. Sizinlə canlı təmas qurmaq üçün növbəti qəbul iyunun 10-da baş titacaq".

Anar
Xəbəri paylaş