Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MOK yazı müsabiqəsi elan etdi



Newscenter.az.4.06.2020. Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edib.

MOK-un mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, müsabiqəyə olimpiadaya qatılan idmançıların həyat yolundan, uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır.

Qaydalara əsasən, hər jurnalist bir yazı təqdim etmək hüququna malikdir. Yazı MOK-un elan etdiyi istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

Yazılar iyulun 10-dək qəbul ediləcək. Qaliblərə müvafiq olaraq 500 manat, 300 manat və 200 manat mükafat veriləcək.

Onların adları iyulun 20-də açıqlanacaq.

Sevinc
Xəbəri paylaş