Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib



Newscenter.az.5.06.2020. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verillib.

Bildirilib ki, ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Xəbəri paylaş