Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada arpa biçini yekunlaşır



Newscenter.az.7.06.2020. Neftçalada arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Bu il rayonda 43066 hektar sahədə taxıl əkilib. Bu sahələrin 6263 hektarını buğda, 36803 hektarını arpa sahələri təşkil edir. Azərbaycanda ən çox arpa əkinləri Neftçala rayonunda aparılıb.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bugünədək rayon üzrə 30062 hektar arpa sahəsində biçin həyata keçirilib. Sahələrdən 86243 ton məhsul yığılıb, arpa üzrə orta məhsuldarlıq 28,7 sentner təşkil edir. Hazırda biçin prosesində 116 kombayn iştirak edir.
Bunlardan 26-sı "Aqrolizinq"in rayon bölməsinin balansında olan kombaynlardır, "Aqrolizinq" biçin prosesini vaxtında və itkisiz başa çatdırmaq üçün hazırda biçin getməyən dağlıq və dağətəyi rayonlardakı bölmələrdən Neftçalaya 37 əlavə kombayn dislokasiya edib. Neftçalada biçin prosesində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 53 kombayn iştirak edir.

Rayonda buğda biçininə iyunun ikinci yarısında start veriləcək.

Orxan
Xəbəri paylaş