Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada narkotik becərən şəxs saxlanıldı



Newscenter.az.10.06.2020. Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş